Azərbaycanda casus şəbəkələri fəaliyyətdədir - Araşdlrma

Azərbaycanda casus şəbəkələri fəaliyyətdədir - Araşdlrma
 

Rusiya İranın casus şəbəkələri ölkəni qarışdırır 

Ölkəmizdə sosial-iqtisadi durum ürəkaçan deyil. Çoxları bunu hakimiyyətin rüşvət korrupsiya fəaliyyətilə bağlayır. Rüşvət korrupsiya ölkəni dərin böhrana salsa da, düşünmürəm ki, ölkəni pis duruma salan yalnız rüşvətxorluq korrupsiyadır. Burada 90- illəridə millətin azadlıq mübarizəsinin nəticəsinin uğursuzluğa düçar olması da, az rol oynamır.

Azərbaycanda sosial-iqtisadi durumu çətinləşdirən əsas amil həm xarici, həm daxili düşmənlərin əlbir işləməsidir.  İki qonşu düşmən ölkə xalqımıza dövlətimizə zərbə vurmaqda davam edir. Mən, ölkədəki mövcud durumu belə ifadə etmək olar, düşmənlərin vurduğu zərbə millətin dirçəlməsinə imkan vermir.

Ermənistan onu himayə edən, ərzaqla, silah-sursatla təmin edən Rusiya, İran, Fransa cümlə türk-islam düşmənləri ölkəmizi parçalamaq, Qarabağı ermənilərə verməkdən əl çəkmirlər. Ona görə də, Ermənistanı himayə edən düşmən dövlətlər Azərbaycan dövləti daxilinə yerləşdirdiyi  qüvvələrdən istifadə edirlər.

Siyasətdən baş çıxaranlar bilir ki, dövlət üçün daxili düşmən daha təhlükəlidir. Azərbaycan dövlətinin xarici düşmənlərinin gücünə güc əlavə edən, məhz daxili düşməndir. Belə düşmən qüvvələr hakimiyyətdə, müxalifətdə, QHT, jurnalistikada ölkənin digər sahələrində fəaliyyət göstərə bilir. Amma xarici düşmənlərin uzantısı olan daxili düşmənlər daha çox hakimiyyət strukturlarında yer tuturlar. Xarici düşmən ona görə güclüdür ki, o özünün casus şəbəkəsini artıq Azərbaycanın daxilində olan bütün sahələrə yerləşdirib.

Azərbaycanda geniş casus şəbəkəsinə malik olan, bizim üçün ən təhlükəli düşmən dövlət Rusiyadır. Rusiyanın ölkəmizdəki casus şəbəkəsi haqqında danışarkən, sovet dönəmində rus tərbiyəsi almış hazırda Azərbaycan hakimiyyətində təmsil olunan kadrların çoxu göz önünə gəlir. Onların ürəyi, dili əxlaqı Rusiyaya bağlıdır.

Azərbaycan müstəqil dövlət olsa da, Rusiyanın ölkəmizə təsirinin qədər güclü olduğunu hər kəs tarixdən anlayır və bilir. Torpaqlarımızda Ermənistan dövlətinin yaradılması, bolşeviklər dönəmində Zəngəzur  digər Azərbaycan torpaqlarının hissə-hissə, Ermənistana verilməsi, son 2 əsr ərzində milli soyadların, hətta milli adət-ənənələrimizin  dəyişdirməsi Rusiyanın zoru ilə baş verib!

Yeri gəlmişkən, bir vacib məsələni qeyd edim ki, Azərbaycan müstəqillik qazandığı 32 illik dövrdə ölkəmizdə baş verən bütün neqativ hadisələrin törədicisi olan Rusiyanın casus şəbəkəsini zərərsizləşdirmək üçün ölkədə heç bir ciddi tədbir görülməyib!

Yeri gələndə, Rusiya özünü ölkəmizə dost göstərməyə çalışsa da, tarixdən bilirik ki, Rusiya heç bir dövlətlə, o cümlədən Azərbaycana dost olmayıb və hazırda da dost deyil..

Azərbaycanda casus şəbəkəsi güclü olan ikinci dövlət İrandır. İranla tarixi bağlılığımızın yaşı çoxdur. Əslində, İran dövlətini yaradanların azəri türkləri olması danılmaz tarixi həqiqətdir. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsinə görə, Azərbaycan Rusiya İran arasında iki hissəyə bölünüb.

SSRİ süqut etdikdən, Azərbaycan müstəqillik qazanandan sonra İranın ölkəmizə təsir imkanı artıb. Sərhədlərimiz açılıb, iki ölkədə yaşayan eyni millət görüşüb, qucaqlaşıblar. Gediş-gəliş sürətlənib, xüsusən müalicə dini təhsil almaq üçün İrana onminlərlə insanımız gedib. İran hakimiyyət dairələri müalicə dini təhsil almaq üçün İrana gedən insanların gənc tələbələrin bir qrupunu ələ alaraq, Azərbaycanda casus şəbəkəsi yaradıb, həmin şəbəkələr vasitəsilə Azərbaycanda şəbəkə üzvlərinə gəlir gətirən narkoticarət şəbəkəsi də təşkil edib. İran xüsusi xidmət orqanları, hətta ölkəmizdə bəslədiyi casus şəbəkəsi vasitəsilə bir neçə dəfə dövlət çevrilişinə cəhd  edib. Hazırda bu məşqləri təşkil edənlərin xeyli hissəsi ölkə həbsxanalarında cəza çəkir.

Tehrandakı Azərbaycan səfirliyində 27 yanvar 2023- il tarixdə terror aktı həyata keçirən səfirliyimizin əməkdaşını qətlə yetirən İran xüsusi xidmət orqanları heç nədən çəkinmədən ölkəmizə qarşı düşmənçilik nümayiş etdirdi nəticədə Tehrandakı səfirliyimiz bağlandı.

İranın öz düşmənçiliyini Ermənistanın Azərbaycana qarşı təcavüzünə hərtərəfli dəstək verməklə nümayiş etdirir və qonşu ölkə ilə dostluq münasibətlərini qoruyan Azərbaycan Tehrandakı terror aktından sonra məcbur olub hərəkətə keçdi. Azərbaycan xüsusi xidmət orqanları adekvat cavab tədbirləri görərək, ölkəmizdə fəaliyyət göstərən İran casus şəbəkəsinin, səhv etmirəmsə, 900 nəfərə yaxın üzvünü zərərsizləşdirdi.

İran digər düşmən dövlətlər hazırda Azərbaycana qarşı açıq düşmənçilik nümayiş etdirməklə bərabər, narkotika ilə bəslədikləri casus şəbəkələrini daha da fəallaşdırmış, həmin şəbəkə vasitəsilə dövlətimizə qarşı diversiyalar təşkil edir eyni zamanda, Ermənistanın Azərbaycan ərazisində hərbi terroruna dəstək verirlər.

Əsasını rusbaş kadrlar təşkil edən hakimiyyət nümayəndələri ölkəmizi Rusiyanın şiə təriqətinə biət edən dindar kəsim isə, ölkəmizi İran molla rejiminin çətiri altında görmək istəyir. Bu ideyanın Azərbaycan üçün qədər təhlükəli hal olduğunu təsəvvür etmək çətin deyil. Hətta bu qruplardan biri Azərbaycanın gələcəyini Rusiya ilə, digər dindar şiə kəsimin isə, İranla bir yerdə təsəvvür etmələri dövlətimiz üçün ciddi təhlükədir .

Rusiya İran casus şəbəkələrinin uzantıları hazırda ölkə əhalisini öz vətənində sosial problemlər içərisində boğurlar. Casus şəbəkələri hazırda dövlətlə xalq arasında yaratmağa çalışdıqları düşmənçilik zolağını dərinləşdirməklə məşğuldurlar.

Öncə bildirim ki, ölkədə tüğyan edən mənfi halları - rüşvətxorluğu, korrupsiyanı, özbaşınalığı digər mənfi halları törədən məmurların, istər xarici düşmənlə əlaqəsi real olsun, istərsə real olmasın, yüksək səviyyədə düşmənə xidmət etdikləri aşkardır!

Xalq ölkədə baş verən mənfi prosesləri əlbəttə, aydın görür, lakin düşünürəm ki, düşmənlərin məkrli olduğunu xalqa hər dəfə xatırlatmağa ciddi ehtiyac var.

Baxın, 30 ildir Azərbaycan xalqının başını müharibə ilə qataraq, müxtəlif yollarla xalqın sosial durumunu çətinləşdirirlər. İnsanları ölkədən xaricə, xüsusən Rusiyaya çörək dalınca qaçmağa məcbur edirlər. Ölkə əhalisi sürətlə azalır

Ölkədə axtarıb tapa bilməyən işsiz kişilər ailəsini atıb, qazanc üçün xarici ölkələrə getməyə məcbur olurlar. Kişisiz qalan qadınlar isə, maddi bioloji təlabatını ödəmək üçün pis yola düşməyə məcbur olur. Nəticədə ölkədə əxlaqsızlıq yuvaları genişlənir, cinayətlər artır, ailələr dağılır, gənc nəsilin normal tərbiyə edilməsi problemi dərinləşir. Gənclər, həmçinin, kütləvi işsizliklə üzləşir, ailə qurub, evlənə bilmirlər, ya ölkədən xaricə gedirlər, ya da narkomaniyaya, oğurluğa, quldurluğa yuvarlanıb, cinayət törədib, məhbəsə düşürlər.

Cavan qızlar isə, ərə gedib, normal ailə həyatı qura bilmədikləri üçün başqa yol tapa bilmirlər, nəticədə fahişəliyə meyl edib, ehtiyaclarını bu yolla ödəyirlər ki, bu da millətin genefondunun məhv edilməsi deməkdir.

Azərbaycanda sosial mühit sanki, dövlətdən çox düşmən ünsürlərin, Rusiya İran casus şəbəkələrinin əlindədir. Onlar ölkədə azad, liberal iqtisadiyyatın inkişaf etməsinə, inhisarçılığın bütün sahələri zəbt etməsinə cəhd edir, bazar iqtisadiyyatının, azad iqtisadi rəqabətin formalaşmasına imkan vermirlər. Hakimiyyətə soxulmuş casus şəbəkə üzvləri elə ediblər ki, ölkədə sahibkarlıq biznes fəaliyyəti ilə yalnız hakimiyyət nümayəndələri, onların ailə üzvləri yaxın adamları məşğul olur. Ölkədə elə bir sahə, təşkilat orqan yoxdur ki, daxili casus şəbəkəsi həmin sahəyə nüfuz etməsin.

Məsələn, ciddi kadr dəyişikliyi aparılmasına baxmayaraq, Dövlət Gömrük Komitəsi yenə ölkədə inhisarçılığın möhkəmlənmiş qalası kimi tanınır. Səfər Mehdiyevin başçılıq etdiyi mafiyadan azad olunmuş DGK-da hamı gözləyirdi ki, sistem rüşvətxor korrupsionerlərdən, inhisarçılardan təmizlənəcək. Lakin əfsuslar olsun ki, hazırda Şahin Bağırovun rəhbərliyi altında çalışan DGK qısa müddətdə, özündən əvvəlki mafiyadan daha çox rüşvətxor, korrupsioner inhisarçı dövlət orqanı olduğunu təsdiqlədi. Sahibkarların internetə yerləşdirdiyi çoxsaylı narazılıq etiraz videoları hər gün yayımlanır.

Misalarla mövzunu genişləndirmək olar, lakin gətirdiyim azsaylı misalların köməyilə Azərbaycanda fəaliyyət göstərən düşmən ölkələrin casus şəbəkələrinin ifşası üçün bunlar da kifayət edər, zənnimcə.

0.02643084526062