Mbappe: “Messi Fransada layiq olduğu hörməti görmədi”

Mbappe: “Messi Fransada layiq olduğu hörməti görmədi”
 

PSJ-nin futbolçusu Kilian Mbappe Lionel Messinin komandadan ayrılıb ABŞ-nin “İnter Mayami” klubuna keçidi barədə danışıb.

Ulduz hücumçu argentinalının Fransada layiq olduğu hörməti görmədiyini söyləyib.

“O, futbol tarixinin ən böyük oyunçularından biridir. Messi kimi birinin getməsi heç vaxt yaxşı xəbər deyil. Başa düşə bilmirəm ki, niyə bu qədər insan onun getməsi ilə rahatlıq tapdı. Messi Fransada layiq olduğu hörməti görmədi”, - deyə Mbappe bildirib.
Qeyd edək ki, 2021-ci ildən PSJ-də çıxış edən Lionel Messi ötən mövsüm bir neçə dəfə yerli azarkeşlər tərəfindən fitə basılıb. Bundan başqa, klub rəhbərliyindən icazəsiz Səudiyyə Ərəbistanına səfər etdiyi üçün o, bir müddət əsas komandadan uzaqlaşdırılıb.

0.017678022384644