Kadırov dostuna görə Ukrayna kəşfiyyatına yalvardı

Kadırov dostuna görə Ukrayna kəşfiyyatına yalvardı
 

Çeçenistan rəhbəri Ramzan Kadırov "sağ əli" hesab edilən deputat Adam Delimxanovun xəsarət alması ilə bağlı xəbərə münasibət bildirib.

Paralel.az xəbər verir ki, o, həyəcanlı şəkildə dotunu heç bir yolla tapa bilmədiyini və onunla əlaqə saxlamadığını deyib.

"Mən Ukrayna kəşfiyyatından xahiş edirəm ki, dəqiq hansı yerə və hansı mövqelərin vurulduğu barədə məlumat versinlər ki, mən əziz qardaşımı tapa bilim.

Səxavətli bir mükafat vəd edirəm və kömək etməyinizi xahiş edirəm", - o bildirib.

Qeyd edək ki, daha sonra Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Dmitri Kuznetsov Vyaçeslav Volodinə istinadən bildirib ki, Adam Delimxanov sağ və salamatdır.

Xatırladaq ki, bundan öncə Ukrayna kəşfiyyatı onun öldüyünü bildirmişdi.

0.01518702507019