1 ay əvvəl yaradılmış 300 min manatlıq şirkət bağlanır

1 ay əvvəl yaradılmış 300 min manatlıq şirkət bağlanır
 

Azərbaycanda yeni yaradılmış investisiya şirkəti ləğv olunub.

Paralel.az ”ın məlumatına görə, “Novocapital İnvestisiya Şirkəti” QSC ləğv olunduğunu elan edib.

Şirkət bir ay öncə - 11.05.2023 tarixində 300 min manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əzizov Həmdulla Natiq oğlu olan “Novocapital İnvestisiya Şirkəti”nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 103, m. 20-dir.

Qeyd edək ki, QSC investisiya şirkəti fəaliyyəti üçün Azərbaycan Mərkəzi Bankından lisenziya almayıb. 

 

 

0.016674995422363