"Qəbələ” bu oyunçularla yolunu ayırdı

 

"Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb.

Paralel.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijak əyakət təmsilçisini tərk edib.

2022-ci ilin yayından "qırmızı-qaralar"ın şərəfini qoruyan futbolçuların müqavilə müddəti başa çatıb. 32 yaşlı qolkiper “Qəbələ”də keçirdiyi mövsüm ərzində 34 matçda iştirak edib. 24 yaşlı ukraynalı legioner isə 7 oyun keçirib.

Qeyd edək ki, "Qəbələ" daha əvvəl Məqsəd İsayevlə vidalaşıb.

0.017247200012207