İslam Kərimovun ailəsində qalmaqal

İslam Kərimovun ailəsində qalmaqal
 

Özbəkistanın keçmiş dövlət başçısı İslam Kərimovun oğlu Pyotr mirasın bölünməsi ilə bağlı eks-prezidentin xanımı Tatyana Kərimovanı məhkəməyə verib.

Paralel.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Özbəkistan xidməti məlumat yayıb.

54 yaşlı Kərimov prezidentin birinci evliliyindən olan oğludur və uzun müddətdir ki, siyasətçinin rəsmi tərcümeyi-halında onun adı çəkilmir. Tatyana Kərimova prezidentin ikinci həyat yoldaşıdır. Mübahisənin konkret nə olduğu barədə məlumat verilmir. İddiaya Daşkənd şəhər məhkəməsi baxacaq.

Qeyd edək ki, İslam Kərimov 1989-cu ildən 2016-cı ilə qədər Özbəkistana rəhbərlik edib.

Xatırladaq ki, Pyotr Kərimov 2018-ci ildə (atasının ölümündən sonra) qanunsuz şəkildə işdən çıxarıldığını iddia edərək “Uzbekistan Airways”i məhkəməyə verib. Tərəflərin razılığı ilə iş bağlanıb.(musavat.com)

0.017113924026489