2 milyona yaxın insan təsirlənəcək, 40 min nəfər köçürüldü - Bu ölkələrdə SOS

2 milyona yaxın insan təsirlənəcək, 40 min nəfər köçürüldü - Bu ölkələrdə SOS
 

Hindistan və Pakistanda sürəti 150 km/saata çatan qasırğa təhlükəsi ilə əlaqədar 40 mindən çox insan təxliyə edilib.

Paralel.az xəbər verir ki, Benqal dilində "fəlakət" mənasını verən Biparjoy siklonu Ərəbistan dənizi üzərində hərəkət edir və "çox şiddətli siklon fırtınası" olaraq quruya çıxacağı proqnozlaşdırılır.

Pakistanın Sind əyalətinin səlahiyyətliləri ən azı 20 min insanın təxliyə edildiyini bildirib.
 
Hindistanın Qucarat əyalətindən də təxminən eyni sayda insan köçürülüb.
 
Ölkənin Meteorologiya Departamenti bildirib ki, küləyin sürəti saatda 150 km-ə çatan fırtına iyunun 15-i axşam saatlarında Hindistanın Cakhau limanını vuracaq.
 
Dalğa hündürlüyünün üç metrə qədər olacağı gözlənilən Qucarat sahillərində balıq ovuna qadağa qoyulub və Hindistan Sahil Mühafizəsi neft platformasından 50 nəfərlik heyəti təxliyə edib.
 
Qucarat əyalətinin rəsmiləri ştatda 1,6 milyon insanın təbii hadisədən təsirlənəcəyi barədə xəbərdarlıq edib.

0.022150039672852