Ən çox bu sığorta şirkətlərindən şikayət olunur - SİYAHI

Ən çox bu sığorta şirkətlərindən şikayət olunur - SİYAHI
 

Azərbaycanda avto-icbari sığorta üzrə sığorta şirkətlərinin “şikayət indeksi” açıqlanıb. 

Paralel.az ” xəbər verir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə statistika may ayının sonunadək əldə edilmiş məlumatlar əsasında hazırlanıb. 

Belə ki, ən çox şikayət “AzSığorta” ASC, “Atəşgah Sığorta” ASC və “İpək Yolu Sığorta” ASC-dən daxil olub. “Naxçıvansığorta” ASC-dən isə şikayət daxil olmayıb.

Qeyd edək ki, “AzSığorta” ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 11 sentyabr 2022-ci il tarixindәn mәhdudlaşdırılıb. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir.

“İpək Yolu Sığorta” ASC-nin də könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 24 yanvar 2023-cü il tarixindәn mәhdudlaşdırılıb. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. 

“Naxçıvansığorta” ASC üzrә indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb. 

0.024496078491211