Bolqarıstan klubu azərbaycanlı futbolçu ilə üç illik müqavilə imzalayıb 

Bolqarıstan klubu azərbaycanlı futbolçu ilə üç illik müqavilə imzalayıb 
 

Bolqarıstanın “Arda” klubu Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun transferini açıqlayıb.

Qırcaəli təmsilçisinin rəsmi saytında verilən məlumata görə, 20 yaşlı müdafiəçi ilə üç illik müqavilə imzalanıb.

Hüseynov tibbi müayinədən keçdikdən sonra münasibətləri rəsmiləşdirib.

Qeyd edək ki, 2020-ci ildən “Zirə”nin əsas komandasında yer alan Cəlal Hüseynov ötən mövsüm icarə əsasında “Şamaxı”nın formasını geyinib.

0.020025014877319