Lena çayında tankerlər toqquşdu - Yanacağın bir hissəsi çaya töküldü

Lena çayında tankerlər toqquşdu - Yanacağın bir hissəsi çaya töküldü
 

Rusiyanın İrkutsk vilayətində Lena çayında iki tanker toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiyanın Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Aleksevski kəndi yaxınlığında limanda təmirdə olan TR-901 və 832 ton benzin daşıyan TR-900 “Erofey Xabarovsk” tankeri toqquşub.

Benzinlə dolu tanker zədələnib, yanacağın bir hissəsi çaya tökülüb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

0.02301812171936