Ukrayna və Rusiya daha bir əsir mübadiləsi həyata keçirib

Ukrayna və Rusiya daha bir əsir mübadiləsi həyata keçirib
 

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib.

“Report” xəbər verir ki, Ukrayna tərəfi 94 rusiyalı hərbçini özünün Silahlı Qüvvələrinin 95 döyüşçüsü ilə dəyişib.

"Biz 95 nəfərimizi Vətənə qaytarırıq. Siyahıya Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın hərbçiləri, eləcə də sərhədçilər daxildir. Onların arasında 93 sıravi və çavuş və iki zabit var”, - Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak teleqram kanalında yazıb.

0.030056953430176