Rusiyaya qarşı sanksiyalar genişləndirildi

Rusiyaya qarşı sanksiyalar genişləndirildi
 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan fərman imzalayıb.

Paralel.az ” xəbər verir ki, müvafiq fərman Ukrayna Prezident Ofisinin saytında yerləşdirilib.

Sanksiya siyahısına 178 nəfər daxil edilib.

Fərmanla qüvvəyə minmiş qərarının icrasına nəzarət Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə həvalə edilib.

Siyahıda olanların əksəriyyətinin Rusiya vətəndaşlığı var. Sanksiyaya məruz qalanlar arasında Rusiya hakimlərinin əksəriyyəti, o cümlədən Konstitusiya Məhkəməsinin hakimləri var.

0.020521879196167