Laçınlı uşaqların təhsili - dos. İlham Əhmədov
97 nəfərdən ibarət 20 ailə Laçına -ata-baba yurdlarına qayıtdı. Çox gözəl. Təbrik edirik. Bunların arsında yəqin ki, 30-40 məktəbli də var. Bu uşaqlar harda və necə oxuyacaqlar?
Adətən yaşayış məntəqəsində az sayda şagird olanda azkomplektli məktəb açılır. Amma bu gün çox az ölkə var ki, ənənəvi texnologiyalarla işləyən azkomplektli məktəbləri olsun.
Qonşu Gürcüstanda bir çox ucqar dağ kəndlərində azkomplektli məktəblər var. Bu məktəblər 10 ildir ki, distant təhsil texnologiyaları ilə işləyirlər. Qazaxstanda artıq 15 ildir, azkomplektli məktəblər distant formatda təhsil alır.
Elə Rusiyada da belə məktəblərin əksəiyyətində şagirdlər distant oxuyur.
Yəqin ki, Laçında da azkomplektli məktəb açılacaqdır. Amma bu azkomplektli məktəb ehtimal ki, köhnə texnologiyalarla işləyəcək. Niyə Laçında (gələcəkdə digər yenidən bərpa edilən kompakt yaşayış məntəqələrində) açılacaq azkopmlektli məktəblər müasir distant təhsil texnologiyalarla işləməsin?
Bütün dünyada qəbul edilən, "Təhsil Qanunu"nda da əks edilən distant təhsil niyə burda qadağan olub? Son illərdə 4 nazir dəyişib, hamısı da distant təhsilə neqativ münasibətdə olub. Bəlkə elə ciddi səbəb var ki, biz bilmirik, izah etsinlər. Bu suala nəhayət ki, ETN-nin cavab verməsini istərdik.
"Paralel.az"