"Qohumlarının çoxunu alim qayırıb" - Professor İdris Abbasov

 

Professor İdris Abbasov Facebook səhifəsində yazır

Orta məktəbdən məzun olmuş oğlumun hansı universitetə sənəd verəcəyini soruşur.

Deyirəm heç hansı, orta məktəb attestatını alan kimi fəhləliyə başlayacaq. İnanmır. Elə bilir ki, aldadıram.

Elmi və diplomları kimi özü də saxta olan, dövlət büdcəsinin iliyinə işləyən, akademik-məmurlara əl düzəldən bu insanabənzər poluprofessor-deputat pozğun qafasına yerləşdirə bilmir ki, alimin uşağı fəhlə ola bilər.

O özünü alim sanır və düşünür ki, alim onun kimi alçaq, soyğunçu, cibgir, büdcəgir və nəhayət, "tupoy" olmalıdır. Mənim kimiləri isə, əlküt, xeyirsiz hesab edir. Yəni xeyirxah kişi olmaq üçün cibin mütləq qanlı pullarla dolu olmalıdır.

Rüşvət, saxtakarlıq, yaltaqlıq və yalandan yoğrulmuş bu murdar cəsəd özü kimi nalayiq övladlarına ən nüfuzlu və "pulgətirən" (dövlət büdcəsini talamağa yol açan) ixtisaslar üzrə universitetlər qurtartdırıb, hərbi bilet də aldırıb, təlimatlandırıb, prokurorluqda, gömrükdə, məhkəmədə iş başına qoydurtdurub, qohumlarının çoxunu alim qayırıb "gəlir gətirən" elm və təhsil müəssisələrinə yerləşdirtdirib.

Sök ki, sökəsən! Bütün bunlardan sonra çirkli pulları durulda-durulda dövlətin, rəhbərin ünvanına həyasızcasına mədhiyyələr deyib, xalqı ələ salır.
Beləliklə, dövlət mülk və sərvət ehtirasına qapılmış, qana susamış mütəvəhhiş canlılar tərəfindən altdan da, üstdən də sökülür.
05.06.2021

0.028082847595215