Banan konteynerində 160 kq-dan çox kokain aşkar edildi

Banan konteynerində 160 kq-dan çox kokain aşkar edildi
 

Yunanıstan polisi Yunanıstana göndərilmiş banan qablarında 3,2 milyon avro dəyərində 161 kq kokain aşkar edib.

"Paralel.az" xəbər verir ki, bu barədə şənbə günü “Katimerini” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Saloniki Təhlükəsizlik Xidmətinin Narkotiklərlə Mübarizə İdarəsi yerli və beynəlxalq hakimiyyət orqanları ilə birgə 161,23 kq kokain müsadirə edib. Latın Amerikasından Yunanıstana bananların daşındığı qablardakı xüsusi yerlərdə 100 bağlama narkotik aşkar edilib.

İş üzrə onu Yunanıstan vətəndaşı olmaqla 14 nəfər həbs edilib.

0.024777889251709