"Ata, Maştağada məni döyürlər"- Psixiatriya xəstəxanasında dəhşət - VİDEO

 

Psixiatriya xəstəxanasında xəstələrin döyüldüyü iddia edilib. 

Şizofreniya xəstəsi olan Qərib Kərimovun valideynləri oğullarının Maştağada yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında döyülməsindən, xüsusi ilə qulağının qırılmasından şikayət edirlər.

Qeyd edək ki, xatırlayırsınızsa, bu ilin mart ayında 3 saylı uşaq evinin 73 yaşlı müdirəsi uşaq evinin ərzağını şəxsi maşınına yığıb aparakan hadisəni telefonla çəkib, özünün facebook səhifəsində paylaşan Məhəmməd adlı 16 yaşlı uşaq 3 saylı uşaq evinin müdirəsi tərəfindən 1 saylı Maştağa Psixi xəstəxanasına göndərilmişdir. Məhəmmədin psixi xəstə olmamasını deyən xəstəxananın sabiq baş həkimi Ağahəsən həkim Səhiyyə naziri Teymur Mehdiyev tərəfindən vəzifəsindən azad olundu və həkim Orxan Cəfərov 1 saylı Psixi xəstəxananın baş həkim təyin olundu. Artıq xəstəxanada yeni təyin olunmuş baş həkimin fəaliyyəti dövründə xəstələrin döyülməsi genişlənir.

Valideynlər bildiriblər ki, Qərib Kərimov 25 gün psixiatriya xəstəxanasında qaldıqdan sonra həkimlər onlara deyiblər ki, bizdə lor həkimi yoxdur və burada xəstənin qulağını müalicə edə bilmərik.

0.025584936141968