Belqorod vilayətindən köç başladı

Belqorod vilayətindən köç başladı
 

Belqorod vilayətindən köç başladı

"Paralel.az" xəbər verir ki, Belqorod vilayətinin başçısı Şebekinski və Qraivoronski rayonlarından uşaqların təxliyəsinin başlandığını elan etdi.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, mayın 31-dən etibarən Şebekinski və Qraivoronski şəhərindən və rayonlarından uşaqların təxliyəsi başlayacaq.

"Bu gün ilk üç yüz uşaq Voronejə göndəriləcək" dedi Qladkov teleqramında.

Onun sözlərinə görə, mayın 31-nə keçən gecə Şebekino yenidən Ukrayna tərəfdən atəşə tutulub, binalara və avtomobillərə ziyan dəyib, 4 nəfər yaralanıb.

Şebekinski və Qrayvoronski rayonları Ukrayna ilə həmsərhəddir. Regionun hakimiyyət orqanları son vaxtlar Şebekinonun gündəlik atəşə tutulması barədə məlumat verir. Mayın sonunda Ukrayna tərəfində döyüşən silahlı birləşmələr Qrayvoronski rayonuna basqın etdilər. Bundan sonra Qrayvoronski rayonunun 230 sakini mayın 30-da atəşə məruz qalan Şebekinski rayonundakı müvəqqəti yaşayış mərkəzinə təxliyə edilib.
A.Nəsirli

0.013861894607544