Vladimir Nifadıyev vəzifəsindən azad edilib
Qırğızıstan-Rusiya Slavyan Universitetinin rektoru Vladimir Nifadıyev vəzifəsindən azad edilib.
"Paralel.az" Qırğızıstan mediasına istinadən xəbər verir ki, yeni rektor seçilənə qədər rektorun səlahiyyətlərini təbiət-texniki fakültənin dekanı German Lotsev icra edəcək. Nifadyev 1993-cü ildən, universitet yaranandan rektor vəzifəsində çalışır.
“Bəzi KİV-də pensiya yaşına çatmış işçilərin işdən çıxarılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”, - universitetdən bildirilib.
Yeni rektorun seçkisinin necə keçiriləcəyinə iki təsisçi - Qırğızıstan və Rusiyanın Təhsil Nazirliyi qərar verəcək.
Ş.Salehqızı