Rusiya Qırğızıstana Mi-8 yanğın helikopteri verəcək

Rusiya Qırğızıstana Mi-8 yanğın helikopteri verəcək
 

Rusiya Fövqəladə Hallar Nazirliyi Qırğızıstana xüsusi su tökmə qurğusu olan Mi-8 yanğın helikopteri verəcək.

"Paralel.az"  Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, təyyarənin ölkəyə payızda gətiriləcəyi gözlənilir. Mi-8MTV-1 yüksək hündürlükdə dağlıq şəraitdə işləmək üçün xüsusi olaraq yığılmışdır.

Qeyd edək ki, bu ilin mart ayında Vladimir Putinin tapşırığı ilə Qırğızıstana 40 yanğınsöndürən maşın verilib (bir helikopter və yanğınsöndürmə texnikasının ümumi dəyəri 1,3 milyard rubl təşkil edir).

Ş.Salehqızı

0.017760038375854