Qırğızıstan Rusiya tərəfindən məktəblərin tikintisinə dair sazişi imzalayıb
Qırğızıstan Rusiya tərəfindən məktəblərin tikintisinə dair sazişi imzalayıb
Qırğızıstan parlamenti Rusiya tərəfindən respublikada 9 məktəb tikintisinə dair sazişi təsdiqləyib.
“Paralel.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu il Bişkek, Batken və Karakolda tikintiyə başlanılacaq. İldə 3 məktəbin tikintisi nəzərdə tutulub. İlk 3-ü 2025-ci ildə istifadəyə veriləcək
Bir məktəbin təxmini dəyəri 500 milyon rubl təşkil edir. Hər məktəbdə 1200 yerlik yeməkxana, iki hovuz, idman zalı və digər zəruri şərait yaradılmışdır.
Bütün məktəblər vahid standart üzrə tikiləcək, hər birinə 3 hektar torpaq sahəsi ayrılacaq
Təlim ödənişsiz olacaq. Müəllimlər bərabər şəkildə işə götürüləcək - həm Qırğızıstandan, həm də Rusiyadan. Hər bir ölkə öz vətəndaşı-müəlliminin maaşını ödəyəcək, amma hamı üçün bərabər olacaq
Məktəblər istifadəyə verildikdən sonra Qırğızıstanın balansına veriləcək. Təhsil Qırğızıstan və Rusiyanın təhsil standartlarına uyğun olacaq, tələbələrə iki ölkədən sertifikatlar veriləcək.
Ş.Salehqızı