Ukrayna hadisələri fonunda Ermənistanın manevr meydanı daralır - Paşinyan

Ukrayna hadisələri fonunda Ermənistanın manevr meydanı daralır - Paşinyan
 

Ukrayna hadisələri kontekstində Ermənistanın manevr meydanı getdikcə daralır.
Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda illik “Erməni Demokratiya Forumu”nda çıxışı zamanı və Ermənistanda demokratiyaya xarici təhdidlər barədə sualı cavablandırarkən deyib.

Hökumət başçısı qeyd edib ki, Ukrayna hadisələri başlayanda Ermənistan beynəlxalq platformalarda müxtəlif səsvermələr də daxil olmaqla, müəyyən dərəcədə balanslı mövqe tutmağa çalışıb və bu mövqe bütün tərəfdaşlar tərəfindən məmnunluqla qarşılanıb.

"Ancaq aydındır ki, zaman keçdikcə Ermənistan və hamı üçün manevr imkanları daralır. Bu, həssaslığını nəzərə alsaq, hər kəs üçün, xüsusən də Ermənistan üçün çox ciddi çağırış və problemdir", - deyə baş nazir əlavə edib.

Demokratiya və KTMT müttəfiqləri ilə münasibətlər kontekstində Paşinyan daha bir açıqlama verərək bildirib ki, 2021-ci il mayın 10-da hökumət başçısı postundan (növbədənkənar seçkilərin keçirilməsi üçün) istefa verdiyini elan edib və parlament buraxılıb. Bu zaman 12 may hadisələri baş verib və KTMT-nin reaksiyası “sıfır” olub. Amma sonra da məlum olub ki, Ermənistanda bəzi yüksək rütbəli hərbçilər bu hadisələrin qarşısını almaq üçün heç bir tədbir görməyiblər və hazırda onların arasında həbs olunanlar var.

"Görürsən, onların heç bir izahı yoxdur. Hər şeyin izahı olmalıdır. Əgər hərəkətlərimiz "xətti" olsaydı, 2021-ci ildə biz təkcə demokratiyanı deyil, dövləti də itirərdik. Bunda heç bir şişirtmə yoxdur,”- deyə o, qeyd edib.

Onu da əlavə edək ki, bundan əvvəl Paşinyan bəyan edib ki, son aylar Qərb tərəfdaşları ilə keçirilən bütün görüşlərdə sanksiyalar rejiminə əməl olunması məsələsi qaldırılıb.

“Birincisi, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və Rusiya ilə dərin strateji və tərəfdaşlıq münasibətlərinə malikdir. Amma Ermənistan Qərbin sanksiyalarına məruz qala bilməz”,-deyə Paşinyan bildirib.

0.025465965270996