Məmurlar xalqa zülm edərək varlanırlar

Məmurlar xalqa zülm edərək varlanırlar
 

Onlar problemləri həll etmir, daha da dərinləşdirirlər

Hazırda Azərbaycanın daxili xarici durumu çox gərgindir. Bu gərginliyin böyük hissəsi Ermənistanın ölkəmizə qarşı hərbi təxtibatlar törətməsi ilə bağlı olsa da, daxili amillər öz təsirini göstərməkdədir. Ölkədaxili gərginliyi güncləndirən rüşvət korrupsiyanı körükləyən yüksək çinli məmurlar həbsə atılmaqdan belə, çəkinmirlər. Ölkə prezidentinin vaxtının çox hissəsini Ermənistanla münaqişəyə sərf etməsi 5-ci kalon üzvlərinin əl-qolunu açıb. Sanki cənab prezidentin təyin etdiyi kadrlar xalqa qarşı xəyanət yolu seçiblər. Məmurların xalqa etdiyi zülm, özbaşınalıq, qanunazidd hallar hədsizliklər insanları çox narahat edir.

Baxın, ölkə prezidenti vəzifəyə təyin etdiyi məmurlarla görüşür, xalqa xidmət etməyin vacib olduğu barədə onlara tapşırıq tövsiyə verir. Bu hal xeyli müddətdir ki, ölkədə müsbət ənənəyə çevrilib. Bu səhnəni mavi ekrandan izləyən xalq arxayın olur ki, təyin olunan icra başçısı, nazir, yüksək vəzifəli rəhbər məmur xalqın problemlərini həll edəcək.

Kadr təyinatından xoş ovqata köklənən xalq bir qədər sonra məmurlar tərəfindən törədilən rüşvət, korrupsiya digər saysız-hesabsız mənfi hallarla qarşılaşanda isə yanıldığını hiss edir məyus olur. Ölkə prezidentinin təyin etdiyi kadrların fəaliyyətində ona verilən tapşırıq tövsiyədən əsər-əlamət belə, hiss olunmur. Əksinə, təyin olunan kadrlar xalqın son qəpiyini əlindən alır xalqın hökumətə   məmura bəslədiyi ümid məhv olur. Beləcə, xalqın cənab Prezidentə hökumətə bəslədiyi inam, etibar sarsılır, milli birlik ideyasına sarsıdıcı zərbə dəyir.

Ölkə prezidentinin 2018-ci ildən struktur kadr islahatlarına başladığı hər kəsə bəllidir. Gəlin, ölkədə 5 il ərzində həyata keçirilən kadr islahatlarının nəticəsinə nəzər yetirək, yaranmış durumu qısaca xarakterizə edək: Əvvəl müsbət nəticələri qeyd edək. İslahata başlanma döründən keçən müddət ərzində dövlətimizin hərbi-iqtisadi gücü, qüdrəti xeyli artıb. Ermənistanın işğalı altında olan torpaqlar 44 günlük Vətən Müharibəsində azad olunub. Müharibədən sonra ordumuz yeni hərbi texnika alınması hesabına güclənib.

Ölkədə mənfi hallardan söz açan zaman isə, ilk nöbədə rüşvət, korrupsiya, məmur özbaşınalığının hədsiz dərəcədə güclənməsi, bir qrup vəzifəli şəxslərin qanunsuz yollarla milyonçuya çevrilməsi, xalqın isə, sosial-iqtisadi durumunun infilyasiya qiymətartımı hesabına ağırlaşması diqqət çəkir. İslahatlar dövləti iqtisadi baxımdan gücləndirsə , xalqın sosial-iqtisadi durumu ağır olaraq qalır.

Gəlin, məmurların xalqa qarşı etdiyi haqsızlığı təsdiq edən faktlar üzərində dayanaq. Bu mövzuda ilk olaraq, son illər işdən çıxarılmış ya həbs olunmuş icra başçılarının yerinə təyin olunmuş kadrların fəaliyyətinə diqqət yetirək.

Məsələn, ölkə başçısının noyabr 2019-cu ildə Bakı şəhəri Yasamal rayonuna icra hakimiyyəti başçısı təyin etdiyi, gənc (1976- ildə doğulub) sabiq deputat Elşad Həsənovun fəaliyyəti üzərinə işıq salanda adam dəhşətə gəlir. Statistikaya görə, rayon əhalisinin sayı 270 mindən çoxdur. Elşad Həsənovun icra başçısı vəzifəsinə təyin olunduğu vaxtdan artıq 4 ilə yaxın zaman keçməsinə baxmayaraq, heç bir müsbət dəyişikliyə rast gəlmək olmur. Rayon əhalisi arasında aparılmış sorğu nəticəsində məlum olub ki, Elşad Həsənov rayonda işləmiş əvvəlki icra başçılarından xeyli pis işləyir. Xalqın səsini eşitmək belə istəmir, hətta qaziləri, müharibə veteranlarını şəhid ailələrini qəbul etmir, qəbul etdiyi azsaylı insanların qaldırdığı şikayətlərə isə, qəti baxmır. Əhali rayon ərazisində qanunsuz tikililərin sayının hər gün artmasından, ölkə prezidentinin tapşırığına baxmayaraq, rayon ərazisində küçə ticarətinin geniş yayılmasından, binaların birinci mərtəbələrini obyektə çevirmək üçün qapı-pəncərə açan, şəxsi evinin mərtəbəsini artırmaq istəyən adamlardan icra başçısı adından 10-20 min manat rüşvət alınmasından hamı şikyətlənir.

Belə mənfi hallara görə, Yasamalda hamı məmur özbaşınalığından, rüşvətxorluq korrupsiyadan yuxarı dövlət orqanlarına mətbuata ardıcıl şikayət yazır. Xalqın şikayətinə isə, baxan yoxdur, rayonda baş verən haqsızlığa, qanunazidd hallara son qoymaq istiqamətində heç bir görülmür, məmurların hərəkətsizliyində tərpəniş hiss olunmur

Ən dəhşətli hal odur ki, işlə təmin olunmayan, yaşamaq, dolanmaq imkanı əldə edə bilməyən gənclər ölkəni kütləvi tərk edirlər. Gənclər imkansızlıq üzündən ailə qura bilmir, narkomaniya, fahişəlik Yasamalda geniş yayılıb. Narkotik qəbul edən insanların istifadə edib, bloklara atdıqları şpirislərin sayı hər gün çoxalır. Gənclərin əxlaq tərbiyəsi, asudə vaxtın səmərəli təşkilini dövlət orqanları unudublar, baş verən ağır cinayətlərin sayı isə durmadan artır. Milli genefondu qorumalı artırmalı olan gənclər düşdüyü çətin sosial durumdan çıxış yolu tapa bilmir intihara əl atırlar.

Vaxtı ilə ölkədə baş verən mənfi halları hamı sabiq PA rəhbəri Ramiz Mehdiyevin adı ilə bağlayırdı. Artıq 3 ildən çoxdur ki, R. Mehdiyev vəzifədən azad olunub yerinə başqa kadr təyin olunub. Ölkədə xalqın sosial-iqtisadi durumu isə, əvvəlkindən bir neçə qat ağırdır. PA-da çalışan yaşlı kadrlar gənc kadrlarla əvəz olunsalar da, ölkədə məmur özbaşınalığı, rüşvət korrupsiya halları azalmır. Əhalinin PA-ya yazdığı ərizə şikayətlərə baxılmır, ərizələr haqqında şikayət yazılan məmurların özlərinə göndərilir ki, bu da xalqın haqlı narazılığına səbəb olur.

Xalq ölkədə məmurlar tərəfindən baş verən mənfi halları seyr edir, hökümətin yaranmış durumdan çıxış yolu tapa bilməməsinə məəttəl qalır. Hamı düşünür ki, görəsən, ölkədə baş verir? Məmurları xalqı prezidentdən narazı salmağa kim məcbur edir? Eyni zamanda, hər kəs düşünür ki, xalqa zülm etməkdən çəkinməyən rüşvət korrupsiya baqqalları milləti soymaqla, kimin sifarişini yerinə yetirirlər?

Mən bu yazını əhalidən aldığım faktlara əsasən, yazmışam. Yalnız Yasamal RİH başçısı Elşad Həsənovun əməlinə aid faktlar üzərində dayanmağım oxucularda yanlış fikir yaratmasın. Oxucular elə başa düşməsin ki, ölkədə Elşad Həsənov kimi rüşvətə korrupsiyaya qurşanmış icra başçılarının sayı azdır, əksinə, icra başçıları arasında xalqa zidd gedənlərin sayı çoxdir! Onların xalqın başına gətirdiyi pis əməllər barədə bir yazıda ətraflı bəhs etmək çətindir. Xalqı rüşvət, korrupsiya digər pis əməllərlə narahat edən Yasamal rayonunun icra başçısı Elşad Həsənov tək olsaydı, onun məsələsini həll etmək xalq hakimiyyət üçün o qədər çətin olmazdı. Məsələnin çətinliyi ondadır ki, bütün məmurlar rüşvət, korrupsiyaya qurşanıblar, nümunə üçün barmaqla göstərməyə belə, bir təmiz işləyən məmur tapmaq mümkün deyil.

Ölkə prezidentinin vaxtını yalnız xarici siyasətə sərf etməsindən sui-istifadə edən yüksək vəzifəli məmurlar öz vəzifə borclarını icra etmirlər, ölkədə xalqa problem yaradanlara «dayan», - deyən yoxdur, məmurların çoxu vəzifə borcunu yerinə yetirməyi unudub, əksəriyyəti şəxsi bizneslərilə məşğuldur, rüşvət korrupsiyanın ölkədə genişlənməsinə qarşı mübarizə aparmırlar, ondan bəhrələnməyi üstün tuturlar.

Nahayət, təzəcə yekunlaşan, Ərdoğan kimi güclü prezidenti yalnız ikinci turda seçə bilən türk xalqının əzmkarlığından xalqımız nəticə çıxarmalı, örnək götürməlidir. Azərbaycan xalqı qardaş Türkiyə xalqı kimi, minillik dövlət dövlətçilik təfəkkürünə malik olmasa da, hazırda dünyada müşahidə etdiyi siyasi mübarizənin uğura aparan yollarını öyrənməli Azərbaycanı düşdüyü sosial-siyasi iqtisadi bataqlıqdan çıxarmaq üçün milli mübarizəni təşkil etməyi öyrənməlidir.

Əks təqdirdə, xalqımız ömrünü gileylənmək şikayətlənməklə başa vurmağa məcbur olacaq...

0.022280931472778