Rusiya və Belarusa məxsus yük maşınlarının girişi qadağa edildi

Rusiya və Belarusa məxsus yük maşınlarının girişi qadağa edildi
 

Polşa Daxili İşlər Nazirliyi Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Polşa iyunun 1-dən Rusiya və Belarus nömrəli yük maşınlarının və "TIR"ların ölkəyə girişini qadağan edib.

Növbəti bildirişə qədər qüvvədə olacaq qadağaya qoşqulu avtomobillər də daxildir.

Buna səbəb polşalı və belaruslu jurnalist Anjey Poçzobutun 8 illik həbs cəzası ilə bağlı şikayətinin rədd edilməsi olub.

Nazir, həmçinin 159-u deputat olan 365 Belarus vətəndaşının həm Polşaya, həm də Şengen zonasına daxil olmasını qadağan edib. Onların iqtisadi aktivlərinin dondurulması da qərara alınıb. Polşa iddia edir ki, siyasi məhkəmə zamanı Poçzobut əsassız ittihamlarla 8 il həbs cəzasına məhkum edilib.

Günay

0.015184164047241