Putinin növbəti hədəfi Belarusdur - Zelenski

Putinin növbəti hədəfi Belarusdur - Zelenski
 

Vladimir Putin Sovet İttifaqını diriltmək arzusundadır, ona görə də indi Ukrayna kimliyini məhv etməyə çalışır, sonra isə Belarusla mübarizə aparacaq.

Paralel.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Sovet İttifaqının bərpası Putinin həyati məqsədidir. Buna diplomatiya yolu ilə nail olmaq mümkün deyil. Ona görə də o, hər cür şantaja əl atır, enerjidən silah kimi istifadə edir. Əsasən uğursuz olur. Sonra açıq şəkildə təcavüzkarlığını nümayiş etdirdi. O, minlərlə dinc sakini öldürüb, işgəncələr verib, atom elektrik stansiyasını ələ keçirib və nüvə holokostu ilə hədələyib",- Zelenski bildirib.

 

 

0.024573087692261