İkardi “Qalatasaray”dan gedir? - Həyat yoldaşının açıqlaması gündəm oldu

İkardi “Qalatasaray”dan gedir? - Həyat yoldaşının açıqlaması gündəm oldu
 

“Qalatasaray”ın futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara onun gələcəyi ilə bağlı danışıb.

Argentinada yayımlanan “MasterChef” proqramına qatılan Vanda Nara “San Lorenso” azarkeşi olan iştirakçı ilə maraqlı dialoqa girib.

Sözügedən klubun fanatı komandanın daha yaxşı olması üçün hücumçuya ehtiyac duyduqlarını və Mauro İkardi transferinin uğurlu olacağını deyib. Futbolçunun həyat yoldaşının cavabı müzakirələrə səbəb olub:

“Bəlkə sizin üçün nəsə təşkil edə bilərəm, bilmirəm, bu, bir az qəliz mövzudur. Qoy, Mauro Avropada qalsın”.
Qeyd edək ki, müqavilə ilə Fransanın PSJ klubuna məxsus olan argentinalı forvard icarə əsasında “Qalatasaray”da çıxış edir. O, bu mövsüm İstanbul klubunun heyətində Super Liqada 22 oyun keçirib, 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.(oxu.az)

0.089204072952271