ATXƏM bayram tədbiri keçirib -Müstəqillik Günü münasibətilə

ATXƏM bayram tədbiri keçirib -Müstəqillik Günü münasibətilə
 

28 May Müstəqillik, Respublika Günü münasibətilə ATXƏM bayram tədbiri keçirdi

28 May Azərbaycan türk xalqı və dövlətçilik üçün tarixi əhəmiyyət daşıyır. Cümhuriyyət qurucularının yazdığı bu unudulmaz tarix türk dünyası üçün də xüsusi əhəmiyyət kəsb edir.
Qardaş Türkiyədə prezident seçkisinin ikinci turunun məhz mayın 28-də keçirilməsi həmin günü xalqımız və türk dünyası üçün ikiqat bayrama çevirdi.

28 May günü həm müstəqilliyimizin 105-ci ildönümü, həm də qardaş Türkiyədə keçirilən prezident seçkisinin ikinci turu şərəfinə Azərbaycanda bayram şənliyi təşkil edən Azərbaycan və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) həmişə olduğu kimi, çoxsaylı qonaqların iştirakı ilə bayram ziyafəti təşkil etmişdi.

Bayram tədbiri təşkil edən ATXƏM-in sədri İlham İsmayılov ziyafəti açaraq, 28 mayın Azərbaycan və Türk dünyası üçün tarixi əhəmiyyətindən danışdı. Sədr tədbirdə iştirak edən QHT rəhbərlərini, jurnalistləri və digər qonaqları 28 May Respublika Günü və Azərbaycanın müstəqillik qazanmasının 105-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

ATXƏM-in təşkil etdiyi bayram ziyarətinin iştirakçıları, eyni zamanda, qardaş Türkiyədə 28 May 2023-cü il tarixdə keçirilən prezident seçkilərinin ikinci turunun gedişini və Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsini televizorda izləməklə, bayram əhval-ruhiyyəsi şəraitində keçən bayram tədbirinə əlavə rəng qatdılar.

Abbas

0.4672839641571