Çinli akademik test imtahan sistemini (EQE) Rusiyanın inkişafı üçün əsas təhlükə adlandırıb - Dos. İlham Əhmədov

Çinli akademik test imtahan sistemini (EQE) Rusiyanın inkişafı üçün əsas təhlükə adlandırıb - Dos. İlham Əhmədov
 

ÇXR Mao Tszedun adına Xalq Universitetinin professoru, Çin Xalq Respublikası Elmlər Akademiyasının müxbir üzvü Jin Syzhan Bauman adına Moskva Dövlət Texniki Universitetində keçirilən "Elm və təhsilin müasir problemləri" adlı konfransında çıxışı zamanı deyib ki, “vahid dövlət imtahanını RF-da texnologiyanın inkişafı üçün əsas təhlükədir. Bu RF-na qarşı Qərbin ən böyük təxribatıdır”.
Soyuq birləşmə reaktorunun yaradılmasına rəhbərlik edən bu alim son 30 ildə 43 ölkənin təhsil səviyyəsində olan dəyişikliklərlə bağlı məlumatları təhlil edib. Akademikin təqdim etdiyi qrafiklərdən görünür ki, orta məktəb imtahanlarını ənənəvi qaydada aparan ölkələrdə məzunların hazırlıq səviyyəsində hər il orta hesabla 3% davamlı artım müşahidə olunur. Bu ölkələrdə 30 ildə orada təhsilin keyfiyyəti demək olar ki, iki dəfə artıb. Eyni zamanda, vahid dövlət imtahanını (EQE) formatında tələbələrin biliyinin sınaq qiymətləndirilməsini tətbiq edən ölkələrdə məzunların səviyyəsində əvvəlcə az, sonralar isə sürətli çöküş baş verir.

Hesabata görə, Rusiyada son 10 ildə təhsilin keyfiyyətinin aşağı düşməsi 61%-dən çox olub. Eyni dövrdə EQE tətbiq olunmayan Çin məktəblərində bu göstəricidə 39% artım olmuşdur. Akademik qeyd edir: “Bu, artıq fəlakət deyil, bu, təhsili və ölkəni məhvə aparan yoldur”.
Sovet vaxtı RF-da dünyanın ən yaxşı təhsil sistemi və eləcədə tələbə qəbulu imtahan sistemi var idi. İndi Qərb ölkələri Rusiyada biliyi məhv edən, qul və biorobotlar hazırlayan fəlakətli EQE sistemini tətbiq etməklə, sizə qarşı ən böyük təxribatı həyata keçirdi. Şübhəsiz ki, bu imtahan Rusiyada texnologiyanın inkişafı üçün əsas təhlükədir. Dünya bütünlükdə irəliləyərkən, sizin təhsiliniz və bunun nəticəsi olaraq tələbələriniz deqradasiya və əbədi geriliyə məhkumdurlar”.

Akademikin dediklərinə əlavə olaraq demək istəyirəm ki, bu təxribat elə planlanıb ki, vahid dövlət imtahanı özü ilə paralel kütləvi repetitorluğa da rəvac verir. Bu halda təhsilin keyfiyyəti məhv edilməklə yanaşı dövlətin rəsmi təhsil sistemi də dağılır. Bu faciəli vəziyyət təkcə Rusiya təhsilində deyil, bəzi qonşu ölkələrdə də müşahidə edilir.
Qeyd edək ki, RF-da EQE imtahanları A. Fursov və D. Livanov təhsil naziri olduqları illərdə geniş tətbiq edilməyə başlandı, bu gün də davam edir. Maraqlısı budur ki, hər iki nazir əvvəllər bir neçə il ABŞ-da professor olaraq işləmişdilər.

"Paralel.az"

0.020055055618286