YSK-dan seçkilərlə bağlı ilk açıqlama

YSK-dan seçkilərlə bağlı ilk açıqlama
 

Qurumumuza bu dəqiqəyə qədər seçki ilə bağlı hər hansı ciddi irad daxil olmamışdır.

Paralel.az xəbər verir ki, bu sözləri Türkiyə Ali Seçki Qurumunun (YSK) rəhbəri Əhməd Yenər deyib.

O bildirib ki, quruma daxil olan müəyyən nöqsanlarla bağlı iradlar dərhal nəzarətə götürülüb və yerlərə göndərilib.

Ə.Yenər səsvermənin başa çatdığını və səslərin sayımına başlandığını bildirib.

“Media qadağasının qaldırılması ilə bağlı az sonra müzakirələrdən sonra qərar açıqlanacaq”.

0.018725156784058