Britaniya parlamenti Ukrayna xalqının soyqırımını tanıyıb

Britaniya parlamenti Ukrayna xalqının soyqırımını tanıyıb
 

Britaniya parlamenti Ukrayna xalqının soyqırımını tanıyıb

"Paralel.az" xəbər verir ki, Britaniya parlamentinin İcmalar Palatasının deputatları 1930-cu illərin aclığı zamanı baş verən qırğının Ukrayna xalqının soyqırımı kimi tanınması qərarını yekdilliklə dəstəkləyib, BBC Rus Xidməti xəbər verir.

Səsvermənin təşəbbüskarı Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının deputatı Pauline Letham olub. Onun sözlərinə görə, bu qərar Rusiya prezidenti Vladimir Putinə Ukraynada açdığı müharibə ilə bağlı mesaj olmalıdır.

“Sovet İttifaqı milyonlarla ukraynalını aclıqdan zorla öldürməklə və məcburi köçürməklə məhv etdi ki, bu da Ukraynada bugünkü hadisələri xatırladır. 1930-cu illərdə Stalin, indiki Putin kimi, Ukrayna xalqını və Ukrayna kimliyini məhv etmək istəyirdi”, - deputat bildirib.

Jurnalistlərin fikrincə, Britaniya parlamentində səsvermə konkret addımlar demək deyil.

Ukrayna Ali Radası 2006-cı ildə Ukrayna xalqına qarşı soyqırım aktı elan edib. Uzun illərdir ki, Ukrayna hakimiyyəti Aclığı soyqırım kimi rəsmən tanımağa çalışır. Müharibə fonunda bəzi ölkələr bu qərarı dəstəklədi.

Aclığı Ukrayna xalqının soyqırımı kimi rəsmən tanıyan ölkələrin siyahısına ABŞ, Kanada, Avstraliya, Portuqaliya, Meksika, Braziliya, Fransa, İslandiya və başqaları daxildir.
Dəniz

0.038299798965454