Axşam Tbilisidə atışma olub: futbolçu yaralanıb

Axşam Tbilisidə atışma olub: futbolçu yaralanıb
 

Tbilisidə axşam atışma: Mosaaşvili küçəsindəki "Strada" restoranında baş verib

Bu gecə Tbilisinin tam mərkəzində, Mosaaşvili küçəsində məşhur “Strada” restoranında atışma olub. Ziyarətçilərdən biri, məşhur futbolçu Quqa Pirtsxalava yaralanıb və xəstəxanaya çatdırılıb. Polis hadisə yerindədir.

Hadisə şahidləri 7-8 atəş açdığını bildirirlər, bundan sonra atıcı Vake Parkı istiqamətində qaçıb. Media atışma zamanı daha bir nəfərin yüngül xəsarət aldığını və həkimlər tərəfindən təcili yardımla aparıldığını ehtimal edir.

Daxili İşlər Nazirliyi işə adam öldürməyə cəhd kimi baxıldığını və müvafiq olaraq araşdırıldığını təsdiqləyib.

Hökumət hər bir binanın əsas girişində və xarici perimetrində ən azı iki kameranın, habelə qəza çıxışında bir kameranın olmasını tələb edən qayda qəbul edib. Bu, təhlükəsizliyin təmin edilməsinə və cinayətkarlıqla mübarizəyə yönəlmiş tədbirdir.

Ş. Salehqızı

0.03775691986084