Rusiya Belarusda nüvə silahı yerləşdirəcək

Rusiya Belarusda nüvə silahı yerləşdirəcək
 

Rusiya Belarusda nüvə silahı yerləşdirəcək

"Paralel.az" xəbər verir ki, Minskdə Rusiyanın Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı sənədlər imzalanıb.

Belarusun müdafiə naziri Viktor Xrenin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi ilə bağlı sənədləri imzalayıblar.

Belarus Müdafiə Nazirliyinin məlumatına görə, bu sənədlər “Rusiyanın qeyri-strateji nüvə silahlarının xüsusi anbarda saxlanması qaydasını” müəyyən edir.

“Rusiya nüvə silahını Belarus Respublikasına ötürməsinə baxmayaraq,  onlara nəzarət və onlardan istifadə qərarı Rusiya tərəfində qalır”, - Şoyqu bildirib.

Minskdə KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında sənədlər imzalanıb.

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıb. "Bu, Konstitusiyada təsbit olunmuş qeyri-nüvə statusumuzu birbaşa pozur və Rusiyanın Belarus üzərində uzun illər nəzarətini təmin edir. Həmçinin Ukraynanın və bütün Avropanın təhlükəsizliyinə daha böyük təhlükə yaradır", - Tixanovskaya deyib.

Rusiya prezidenti Vladimir Putin 2023-cü ilin mart ayının sonunda Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırdığını açıqlayıb. O bildirib ki, artıq Belarusda “İsgəndər” raket sistemi və taktiki nüvə silahı daşıya bilən 10 təyyarə yerləşdirilib.

Putin iddia edib ki, Rusiya Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni pozmur, çünki o, bu cür silahları Belarusa ötürmür, ancaq onu öz nəzarəti altında Belarus ərazisində yerləşdirir.
Dəniz

0.011631965637207