NATO Tiflisə xəbərdarlıq etdi!

NATO Tiflisə xəbərdarlıq etdi!
 

NATO Tiflisə xəbərdarlıq etdi!


"Hökumət üzvlərindən uçuşların bərpası ilə bağlı gördüyümüz bəzi reaksiyalar bizi narahat edir".

Paralel.az xəbər verir ki, bu sözləri Tiflisdə səfərdə olan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina mətbuat konfransında qeyib.

O, bildirib ki, uçuşların Moskvanın birtərəfli qərarı olduğu başa düşüləndir, lakin indi hamı Ukraynanı dəstəkləməlidir:
“Biz “açıq qapı” siyasətinə və 2008-ci ildə Buxarestdə qəbul etdiyimiz qərarlara tam sadiqik. Müvafiq olaraq, biz Gürcüstanın Avro-Atlantik istəklərinə tam sadiqik. Eyni zamanda, biz dəfələrlə demişik ki, ölkədə həyata keçirilməli olan islahatlar var. Moskvanın uçuşların bərpası ilə bağlı birtərəfli qərarından sonra oxuduğumuz və gördüyümüz bəzi reaksiyalar da bizi narahat edir. Mən sizin hakimiyyət orqanlarına bu “mesajı” verdim - biz başa düşürük ki, bu, Moskvanın birtərəfli qərarıdır. Lakin biz hesab edirik ki, indi hamımız Ukraynanı bacardığımız qədər dəstəkləməliyik, bu, kritik məqamdır. Hesab edirik ki, bu cür reaksiyalar Rusiyanın sanksiyalardan yayınmasına yardım edə bilər. Biz düşünürük ki, bu baş verməməlidir və hökuməti bunun baş verməməsi üçün müvafiq tədbirlər görməyə çağırdıq”, - deyə NATO rəsmisi vurğulayıb.

A.Nəsirli

0.018471956253052