Qarabağ qazisi Prezidentə MÜRACİƏT ETDİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədova
Xocavənd rayon sakini, II qrup Qarabağ müharibə əlili Şirinov Elşən Elman oğlu Tərəfindən
Müraciət
Hörmətli cənab Prezident!
Yazıb sizə məlum edirəmki, mən müharibə veteranı 2 ci qrup, Qarabağ əliliyəm, 57 gün erməni girovluğunda qalan döyüşçüyəm.
2014 cü ildə Xocavənd rayon icra hakimiyyəti başçısının 14 avqust tarixli 56 saylı sərəncamı ilə mənə, rayonun Ağburun adlanan sahəsindən, müqavilə əsasında 15 il müddətinə əkin üçün 100 hektar sahə verilib. Məndə həmin sahəni təyinatı üzrə istifadə etmişəm. Bu günə kimi hər ildə əkinçilik üçün ayrılan supsidiyanı almışam.
Bu ildə həmin sahədə taxıl əkmişəm. Lakin bu il üçün dövlət tərəfindən verilən supsidiyanın verilməsinə, Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, Rəfail Mustafayev sünü əngəllər yaradır. Burda mənəm bağdatda kor xəlifə prinsipi ilə hərəkət edir. Müxtəlif bəhanələr axtarır, bizi incidir süründürür. Dövlətin bizə verdiyi imtiyazlara məhəl qoymur.
Hörmətli cənab Prezident!
Sizdən bir vetran, Qarabağ əlili olaraq bu tərəfinizdən araşdırılmasına, eyni zamanda əkin sahəmə baxış keçirilməsinə göstərişlər verməklə, subsidiyanın verilməsinə köməklik edəsiniz.
Belə məmurlar kimlərə və hansı məqsədlərə xidmət edirlər.
Hesab edirəm bu məsələlər tərəfinizdən araşdırılacaq.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Paralel.az