Səudiyyə Ərəbistanın Kanada ilə əlaqələri bərpa olunur

Səudiyyə Ərəbistanın Kanada ilə əlaqələri bərpa olunur
 

Səudiyyə Ərəbistanı və Kanada arasında 2018-ci ildə pozulan diplomatik əlaqələr qarşılıqlı səfirlər təyin edilməklə bərpa ediləcək.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi açıqlama verib.

Kanada Xarici İşlər Nazirliyi bildirib ki, qərar keçən ilin noyabrında Banqkokda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Kanadanın Baş naziri Castin Trüdo ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında apardığı danışıqlardan sonra verilib. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə Kanada arasında gərginlik 2018-ci ildə Kanadanın Ər-Riyaddakı səfirliyinin ərəb dilində tvit ataraq Səudiyyə Ərəbistanında həbsdə olan qadın hüquqları müdafiəçilərinin dərhal azad edilməsini tələb etməsi ilə başlayıb. Buna cavab olaraq Səudiyyə Ərəbistanı Kanadadakı səfirini geri çağırıb və ticarət əlaqələrini dayandırıb.

Günay

0.014546871185303