3 nəfərin ölümünə səbəb olan sürücüyə məhkəmə 7 il iş verdi

3 nəfərin ölümünə səbəb olan sürücüyə məhkəmə 7 il iş verdi
 

Ali Məhkəmədə Bakıda 3 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Firudin Əsədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxs şikayətlərini geri götürüb.

Bu səbəbdən Firudin Əsədov tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs olunub.

Qeyd: Hadisə Ötən il yanvarın 18-də paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini F.Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetməni itirərək Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə sürücü E. Eyvazov, sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

Daha sonra F. Əsədov təqsirləndirilən şəxs qisimində saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

0.013362169265747