Paşinyan keçmiş deputatı kokain qaçaqmalçılığında ittiham edib

Paşinyan keçmiş deputatı kokain qaçaqmalçılığında ittiham edib
 

Ermənistanın Respublikaçılar Partiyasından olan keçmiş deputata məxsus şirkət ötən həftə ələ keçirilən 250 milyon avro dəyərində kokain partiyasını ölkəyə qaçaqmalçılıq yolu ilə keçirib.

Bu barədə çərşənbə günü baş nazir Nikol Paşinyan parlamentin iclasında bildirib.

“Görünür, bir ton kokainin sahibi parlamentin Respublikaçılar fraksiyasının keçmiş deputatına məxsus banan idxalı ilə məşğul olan şirkətdir. O, axtarışdadır”, - deyə baş nazir bəyan edib.

Paşinyan eks-deputatın adını dəqiqləşdirməyib, amma çox güman ki, söhbət 2017-2019-cu illərdə millət vəkili olmuş Mihran Poqosyandan gedir. O, 2019-cu ildən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə axtarışdadır.
Xatırladaq ki, mayın 17-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Ekvadordan respublikaya göndərilən 250 milyon avro dəyərində kokain partiyasını müsadirə ediblər.(oxu.az)

0.026268005371094