Teatr məkanımızda müsbət irəliləyişlər var

Teatr məkanımızda müsbət irəliləyişlər var
 

Bugünlərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti SaqarelininXanumapyesi əsasında hazırlanmış eyniadlı tamaşası nümayiş olundu. Mən tamaşaya dəvətlilər arasındaydım. 

Xanumaya fərqli illərdə çox baxmışam. Tamaşa həm maraqlıdı, həm gülməli, o mənada ki, hər komediya ssenarisi, hər aktyor oynadığı rolla tamaşaçını güldürə bilmir.

Yadımdadı, təxminən 2010-2011-ci illərdə bu tamaşaya Dövlət Gənc Tamaşaçılar Teatrında da baxmışdım. O vaxt bu tamaşaya baxmaq üçün çox adam gəlmişdi, hansı ki, o vaxtkı tamaşaçı sıxlığı nadır hallarda olur. Həmin illərdəki baxdığımXanuma"ya  gürcü rejissoru Qoça Kapanadze quruluş vermişdi. Bu yazını işləyəndə ağlıma gəldi ki, elə o tamaşaçı izdihamının səbəbi bu imiş, başqa xalqdan olan rejissorun quruluşunda tamaşaya baxmaq marağından qaynaqlanırmış teatra gələnlərin sayının çoxluğu.

Maraqlı bir məqamı qeyd edim ki, “Xanuma zaman səhnələşdirilibsə, təsadüfən hamısına baxmaq mənə qismət olub. hər dəfə tamaşa bitəndən, evə gələnədək səhnə boyu baş verənləri xatırlayıb gülmüşəm. Bunlar o qədər xoşdur ki... Azərbaycan teatr səhnəsində oynayıb tamaşaçını razı salmaq da asan deyil. Özü , tamaşaçı tələbkar zövqlüdürsə bu məsələni bir az da ciddiləşdirir. O ki ola Vətən, xalq, millətsevər birisi ola seyrici... Bax, onda məsələ ikiqat ciddiləşir.

Öz ölkənin insanlarının mədəni ortamlarda tez-tez görünmələri, teatra, konsertə səliqəli, zövqlə geyinib getmələri mənəvi qida olur adama. Bu dəfə ilk kəsiydi ki, tək getmişdim teatra.

Özünüz bilirsiniz, teatra gedənlərin sayı həmişə ürəkaçan olmur. Bunun bir neçə səbəbi var. Birincisi odur ki, insanların maddi durumu çox vaxt buna imkan vermir, ikinci səbəb tamaşalarda rol alan aktyor heyətinin, oyunçuların səriştəsizliyi ola bilir, yəni tamaşaçının diqqətini bütünlüklə səhnəyə yönləndirmək xüsusi bacarıq tələb edən işdi, bu bacarıq hər adına aktyor deyiləndə olmur. Digər ciddi səbəb, tamaşa gedən vaxt telefon zəng səsləri, azan səsləri, kiminsə xısın-xısın danışması, boyu qısa tamaşaçının qarşısında oturanın gah sağ, gah sol çiyini üzərindən səhnəyə boylanması, onları qarşıya keçirib rahat şəraitin yaradılmaması sairə o qədərdi ki. Kimlər üçünsə adi, yaxud bəhanə kimi görünən bu hallar əslində bezdiricidi. Ən pisi odur ki, belə hallar bu yerlərə getməkdən uzaqlaşdırır adamı.

isə, qayıdaq tamaşaya. Bu dəfə baş rolun, “Xanumanın ifaçısı Bəsti xanım Cəfərovaydı. Kral rolunda isə Cəfər Namiq Kamal oynayırdı. əlbəttə ki, Səidə xanım Quliyevanın Hacı İsmayılovun da rol aldığı, oynadığı tamaşa mənə görə pis ola bilməzdi. Digər aktyorlarımız da varıydı ki, hansı ki, unutduğuma görə adlarını bir-bir sadalaya bilmirəm, inciməsinlər. Amma hiss olunurdu ki, hamısı tamaşaçını razı salmaq üçün bütün güclərini sərf ediblər. Bir sözlə, teatrımızın qaymaqları yığışmışdılar səhnəyə. Bəhs etdiyimizXanumayuxarıda qeyd etdiyim kimi, gürcü klassikasının məşhur əsərlərindəndi. Demək olar ki, bizimO olmasın, bu olsunumuza bənzəyir. Bu əsər zaman-zaman çox ölkələrin səhnələrini bəzəyib. MənXanumaya Musiqili Komediya Teatrında da baxmışdım.

İkisində , həm dram teatrında, həm komediya teatrında hər zaman yaxşı alınıb. Bildiyimə görə, bu əsər Rusiyada Türkiyədə çox məşhurdu. Komediya janrında olsa da, müəllif əsərdə faciəyə bənzər hissələri gülüşə səbəb olacaq tərzdə ifadələndirib. Müqayisəm doğrumu, yanlışmı bilmirəm, mən Xanumanın işini paytaxtımızdakı maklerlərin işinə bənzədirəm. Yəni ev alqı-satqısı ilə məşğul olanlar yaxşı pul müqabilində sənə lazım olan evin alınmasını, yaxud satılmasını təşkil edirlər. Xanuma da eynilə, yaxşı pul müqabilində iki nəfərin izdivacını təşkil edir. Evlənmək istəyənləri, birinin digərindən xəbəri olmadan yolla olur-olsun, qol gücünə olsa birləşdirir. El dilində desək, aradüzəldəndi, ssenarinin dili ilə desək isəxeyirxahlıqlaməşğuldur. Buxeyirxahlığındanda başına gəlməyən qalmasa da, yenə əməllərindən əl çəkmir.

Xülasə, bu dəfə tamaşadan samballı rejissor işinin ətri gəlirdi. Aktyorların səhnədə bütün bacarıqlarını sərf edib oynamaları, gözəl səhnə tərtibatı rejissorun mükəmməlliyindən  xəbər verirdi.   Bu gün Azərbaycan teatr məkanında elə müsbət irəliləyişlər var ki, yaxşı əsərə, yaxşı quruluş verilmiş tamaşaya ehtiyac çoxdu. “Xanumaya gəlincə, qeyd edim ki, operetta janrında yazılmış bu əsər, hələ bir neçə il bundan əvvəl Mədəniyyət Turizm Nazirliyi tərəfindən Beynəlxalq layihə kimi təsdiqini tapmışdı Azərbaycan teatrına uğur gətirmişdi. Məhz həm buna görə tamaşanın ərsəyə gəlməsində rolu olanlar öz məsuliyyətlərini yaxşı başa düşürlər gözəl oyun nümayiş edirlər.

 

0.0124671459198