Fransa polisindən Türkiyəyə qarşı seçki təxribat

Fransa polisindən Türkiyəyə qarşı seçki təxribat
 

Fransada səsvermə prosesi davam edərkən yerli polis heç bir əsas olmadan Türkiyə Konsulluğu yerləşən küçədə nəqliyyatın hərəkətinə bağlayıb və həmin ərazidəki bütün nəqliyyat vasitələrini cərimələyib.

Paralel.az  xəbər verir ki, bu barədə jurnalist Ömər Aydın öz tviter hesabında paylaşım edib.

Fransa polisinin səs verən Türkiyə vətəndaşlarına çətinlik yaratması diqqətdən yayınmayıb.

Xatırladaq ki, daha əvvəl Almaniyada federal hökumət seçicilərin işini çətinləşdirən addım atıb və ölkənin bəzi bölgələrində seçki qutularının qurulmasına icazə verməyib.

Mayın 14-də keçirilən Türkiyədə prezident seçkilərinin birinci turunda namizədlər mütləq səs çoxluğu əldə etmədikləri üçün mayın 28-də ikinci tur keçiriləcək.

0.017518997192383