Vyaçeslav Lebedev kiçik cinayətlərə görə anaların həbsinə qadağa qoyulmasını təklif edib

Vyaçeslav Lebedev kiçik cinayətlərə görə anaların həbsinə qadağa qoyulmasını təklif edib
 

Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev Rusiya Federasiyası Hakimlər Şurasının iclasında bildirib ki, Ali Məhkəmə kiçik cinayətlərə görə anaların həbsinə qadağa qoyulmasını təklif edib.

"Paralel.az"  xəbər verir ki, Rusiya Federasiyasının Ali Məhkəməsi tərəfindən hazırlanan qanun layihəsində “azyaşlı uşaqları olan qadınlara münasibətdə yalnız ağır və xüsusilə ağır ittihamlar üzrə həbs qətimkan tədbirinin seçilməsi imkanının təmin edilməsi təklif edilir - bura cinayətlər, müstəsna hallarda isə zorakılıq xarakterli olan orta ağır cinayətlər" daxildir. 

Rusiya Federasiyası Ali Məhkəməsinin təklifləri həmçinin, ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə münasibətdə həbs-qətimkan tədbirinin seçilməsinin qadağan edilməsini də nəzərdə tutur.

Ş.Salehqızı

0.014424085617065