Gürcüstanda karantin elan ediləcək

Gürcüstanda karantin elan ediləcək
 

Gürcüstanda karantin elan ediləcək.

"Paralel.az" xəbər verir ki, Gürcüstanın İmereti bölgəsinin Xoni bələdiyəsində quduzluq virusunun yayılması ilə əlaqədar karantin elan ediləcək.

Bu barədə Xoni meri Lado Curxadze jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, ötən həftə virusa yoluxmuş it üç uşağı dişləyib. Onların üçünə də peyvənd vurulub, lakin uşaqlardan birinin başqa bir xəstəliyi olduğu üçün ona immunitet gücləndirici dərmanların verilməsi mümkün olmayıb.

Xonidə daha bir quduzluq halının isə bu gün təsdiqləndiyi bildirilib. Məlumata görə hazırda, virusa yoluxmuş itlə təmasda olan 15 nəfər müəyyən edilib.

Onu da qeyd edək ki, bir neçə nəfəri, həmçinin azyaşlı uşağı dişləyən it daha sonra tələf olub.
Dəniz

0.019443988800049