Mişustinin Şanxayda keçirilən Rusiya-Çin Biznes Forumundakı əsas bəyanatları

Mişustinin Şanxayda keçirilən Rusiya-Çin Biznes Forumundakı əsas bəyanatları
 

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin Şanxayda keçirilən Rusiya-Çin Biznes Forumunda bir sıra bəyanatlarla çıxış edib.

"Paralel.az" xəbər verir ki, həmin bəyanatların əsas hissəsi aşağıdakılardı:

İndi Çin şirkətlərinin Rusiyada mövcudluğunu genişləndirmək və Çində istehsala başlamaq üçün yeni imkanlar açılır;

Mayın əvvəlində Rusiyada inflyasiya illik 2,3%-ə qədər azalıb ki, bu da bütün Avropa ölkələri arasında ən aşağı göstəricidir; Rusiya-Çin əməkdaşlığının dərinləşməsi hər iki ölkənin iqtisadiyyatının güclənməsinə müsbət təsir göstərəcək;

Mişustin prioritetlər sırasında Çinlə hava əlaqəsinin genişləndirilməsini qeyd edib; Rusiya demək olar ki, istənilən biznes üçün böyük imkanlar yaradır və dost ölkələrdən, o cümlədən Çindən olan tərəfdaşları qəbul edir;

Rusiya dost dövlətlərlə əlaqələri davam etdirəcək; Rusiya və Çin 2023-cü ildə ticarət dövriyyəsini 200 milyard dollara çatdıracaq.

Ş.Salehqızı

 

 

0.015244960784912