Füzuli təhsilini bərbad edən Şaumyanın qızı Ramella kimin hesabına vəzifə tutur?

Füzuli təhsilini bərbad edən Şaumyanın qızı Ramella kimin hesabına vəzifə tutur?
 

Şaumyanın qızının həbsi qaçılmazdır... 

Bu gün Füzuli Təhsil Şöbəsinin müdiri Şaumyanın qızı Ramellanın facebook səhifəsinə daxil olanda onun ermənilərin Azərbaycanda basdırdığı canlı mina olduğu qənaətinə gəldik. 
Guya Ramella Məmmədova patriotdur, vətənpərvərdir və sairə. Keçən dəfə də öz səhifəsində “Türkiyəm səninləyəm” yazaraq türkiyəyə tükənməz sevgisi barədə  basıb - bağlamışdı.

Amma Şaumyanın qızı Ramellaya deyən lazımdır ki, Füzuli, ümumiyyətlə, Azərbaycan təhsilinə basdırılmış çoxsaylı minalardan birisən, ay Ramella... Sən erməni minalarını lənətləyib, bizi aldada bilməzsən... 

Yeri gəlmişkən, Şaumyanın qızı Ramella facebook paylaşımlarında keçmiş sovet lideri İ. V. Stalini yaman yıxıb sürüyür. Sözün düzü, bu marağımıza səbəb oldu. Ki, Şaumyanın qızı Ramella hara, generalsimus Stalin hara? Bir az google-axtarışda gəzəndən sonra bəlli oldu ki, Stalinin ən çox zəhləsi gedən şəxs Stepan Şaumyan olub. 

Qısa məlumat üçün bildirək ki, Stepan Şaumyan 1878-ci il oktyabr ayının 13-də Tiflisdə doğulub və rəsmi olaraq ölüm tarixi 1918-ci ilin 20 sentyabr tarixi göstərilib. Amma ötən əsrin 70-80-ci illərində Hindistanda gəbərdiyi bildirilir. Ermənilər həmişə ağlaşıblar ki, bəs, bizim Stepanı o vaxt Stalin güdaza verib.Sən demə, Şaumyanın qızı Ramellanın Stalinə nifrətinin, daha doğrusu, Şaumyana sevgisinin mənbəyi bəlli olur. 

Birinci, barəsində danışdığımız minadan başlayaq. Füzuli rayonu şəhid Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd orta məktəbi bərbad vəziyyətdədir, müəllimlər haray salıb ki, məktəbin sütunu çatlayıb qırılmaqda olduğu diqqəti cəlb edir, uçsa, müəllimlər, şagirdlər altında qalacaq. Müəllimlər və şagirdlər Ramelladan soruşurlar ki, şəhidin adını daşıyan məktəbin təmirinə dövlət büdcəsindən ayrılan vəsaiti hara xərcləmisən? Bundan danış. Şəhidin adına olan məktəbdə 15 texniki işçi var, onların maaşını kim alır, ay Ramella? 

Biz hələ Füzuli məktəblərinin həyətyanı sahəsinin mal-qara üçün örüş yerinə çevrilməsindən, şagirdlərdən, müəllimlərdən yığılan pullardan danışımırıq. Biz məktəb direktorlarının banklardan kredit götürərək, Ramellaya verməsindən danışımırıq.

Məktəb direktorlarına deyəndə ki, məktəbə yoxlama gəlib, o dəqiqə deyirlər ki, ona mütləq verməliyəm. Biz hələ Ramellanın 65 yaşı tamam olan müəllimlərlə əmək müqaviləsi bağlamaq üçün aldıqlarından danışmırıq.

Biz Ramellanın AHİK sədri, millət vəkili Səttar Mehbaliyevin və nazir müavini Cavid Qurbanovun adından sui-istifadə etməyini, müdir olmaq üçün "nazirə 150 min manat vermişəm" deməsini demirik... 

Bu barədə sonrakı yazımızda söz açacağıq. Bizi izləyin.

Mənbə: Gündəlik-Bakı.com

0.013199090957642