“Zəfər Partiyası”nın sədri Sinan Oğanın qərarını şərh edib

“Zəfər Partiyası”nın sədri Sinan Oğanın qərarını şərh edib
 

“Zəfər Partiyası”nın sədri Ümit Özdağ “ATA İttifaqı”nın Prezident Seçkilərində namizəfi olmuş Sinan Oğanın ikinci turda “Cümhur İttifaqı”nın namizədi, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyinə dair açıqlamasına münasibət bildirib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Ümit Özdağ bu qərarın sadəcə Sinan Oğana aid olduğunu, “ATA İttifaqı”nın ortaq qərarı olmadığını vurğulayıb:

"Hörmətli Sinan Oğanın açıqlaması yalnız onun öz siyasi seçimidir. Bu açıqlama "Zəfər Partiyası"nı təmsil etmir. "Zəfər Partiyası" adından açıqlamanı sabah saat 11-də mən edəcəm”.

0.020060062408447