Baş nazir selə görə, çəkmələrini geyinib şikayətləri dinlədi - VİDEO

Baş nazir selə görə, çəkmələrini geyinib şikayətləri dinlədi - VİDEO
 

Ölkəsində baş verən fəlakətdən sonra Yaponiyada keçirilən G7 Liderlər Zirvəsindən erkən qayıdan İtaliyanın baş naziri Corca Meloni​ Emiliya-Romanya bölgəsinə səfər edib.

Paralel.az xəbər verir ki, Meloni uzunboğaz çəkmə geyinərək 14 nəfərin öldüyü daşqın zonasını gəzib.

Sel sularının içindən keçən italyan baş nazir zərərçəkənləri bir-bir ziyarət edib. Yerli əhalinin şikayətlərini dinləyən Meloni daşqın bölgəsində səlahiyyətli şəxslərdən məlumat alıb.
O, daşqından zərər çəkənlərə yardım ediləcəyini və ehtiyaclarının qarşılanacağını vəd edib. Baş nazir əlavə edib ki, sabah toplanacaq Nazirlər Kabineti bölgədəki zərər və ediləcək yardımları müzakirə edəcək.

Qeyd edək ki, İtaliyanın şimalındakı Emilya-Romanya bölgəsində ötən həftə yağan güclü yağışlar nəticəsində 14 nəfər həlak olub.

Bölgədən təxliyə edilən 36 min insanın 5 mini hökumət tərəfindən sığınacaqlara çevrilən kinoteatr və muzey kimi mərkəzlərə yerləşdirilib.

Bölgədə 20-dən çox çayın daşması nəticəsində sürüşmə baş verib və indiyədək rayonun 16%-i boşaldılıb. 27 min insanın işıqsız qalıb, əkinçilik sahələrinə ciddi ziyan dəyib.

Billurə

0.043207883834839