Nyu-yorkda Türk Evinə hücum olundu

Nyu-yorkda Türk Evinə hücum olundu
 

Amerikada Türkiyənin BMT yanında Daimi Nümayəndəliyinin və Nyu-York Baş Konsulluğunun yerləşdiyi Türk Evi binasına hücum edilib.

Paralel.az “Sabah” qəzetinə istinadla xəbər verir ki, hadisə saat 03:14 radələrində naməlum şəxs tərəfindən törədilib.

Belə ki, lomla binanın aşağı mərtəbəsində bəzi pəncərələr sındırılıb.

Türk Evi ətrafında təhlükəsizlik zolağı çəkən Nyu-York polisi hadisə ilə bağlı araşdırma başladıb.

Şahnaz

0.02219295501709