Tovuzda 13 yaşlı qızı qaçıran şəxs saxlanılıb

Tovuzda 13 yaşlı qızı qaçıran şəxs saxlanılıb
 

Tovuz rayon sakini Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar araşdırmalar davam etdirilir.

Bu barədə Paralel.az a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib. DİN əməkdaş bildirib ki, Ə. Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilib: "Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək”.

0.012430906295776