"Məqsəd diqqəti Baxmutdan yayındırmaqdır" - Peskov 

 

Müdafiə Nazirliyi, FTX və Sərhəd Xidməti Putinə Ukrayna diversantlarının Belqorod vilayətinə soxulmaq cəhdi barədə məlumat verib.

"Paralel.az" xəbər verir ki, bu barədə Kremlin sözcüsü Peskov bildirib. 

O qeyd edib ki, Ukraynanın Belqorod vilayətində təxribatının məqsədi diqqəti Baxmut istiqamətində vəziyyətdən yayındırmaqdır.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi əlavə edib ki, Rusiya qüvvələri Ukrayna DRQ-ni Rusiya Federasiyası ərazisindən sıxışdırıb çıxarmaq və onu məhv etmək üçün çalışır, bunun üçün kifayət qədər qüvvə və vasitə var.

Ş. Salehqızı

0.041115045547485