Tələbə ilə plan qurdu: onu söyən şəxsi öldürdülər - Qətlin təfərratı 

Tələbə ilə plan qurdu: onu söyən şəxsi öldürdülər - Qətlin təfərratı 
 

Taksi sürücüsünü bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Natiq Camalov və Vüqar Bəkirovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Paralel.az xəbər verir ki, Siyəzən rayonunun Qırçal kəndi ərazisində döş qəfəsinin ön və arxa səhtlərində çoxsaylı kəsici-deşici xəsarətləri olan 20-25 yaşlarında naməlum kişi meyiti aşkar edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə rayon prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, öldürülən şəxs 1991-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Vəliyev Elvin Vəli oğludur.

İstintaqla həmçinin müəyyən edilib ki, Siyəzən şəhər sakini, 1983-cü il təvəllüdlü Camalov Natiq Cavanşir oğlu Elvin Vəliyevlə əvvəllər aralarında baş vermiş münaqişəyə görə onu qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə dekabrın 2-də saat 18:00 radələrində Bakı şəhəri, Binə qəsəbəsində kirayədə birgə yaşadığı həmyerlisi 1989-cu il təvəllüdlü Bəkirov Vüqar Lazım oğlu ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan Elvin Vəliyevin avtomaşınına əyləşərək sonuncudan onları Siyəzən şəhərinə aparmağı xahiş edib.

Şəhərə çatdıqdan sonra Natiq Camalov Elvin Vəliyevə kəndə köçdüklərini deyərək avtomobili hadisənin baş verdiyi Qırçal kəndinə sürdürüb və kəndə çatmamış yolun kənarında avtomobili saxladaraq Elvin Vəliyevi avtomobildən düşürüb, ona üstündə olan bıçaqla zərbələr vurmağa başlayıb.

Sonuncu müqavimət göstərdiyindən onlar birlikdə Elvin Vəliyevi yerə yıxıb, daha sonra isə Natiq Camalov yenidən çoxsaylı bıçaq zərbələri vurmaqla onu qəsdən öldürərərək avtomobilini ələ keçiriblər.

Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Camalov və Bəkirov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

İş üzrə dindirilən Natiq Camalov ifadəsində bildirib ki, vaxtaşırı Siyəzəndən Sumqayıtda yaşayan xalasının həyətinə toyuq və balıq gətirib satmaqla ailəsini dolandırıb. Onu sözlərinə görə, oktyabrın axırlarında o, növbəti dəfə xalasıgilin yaşadığı məhəlləyə gəlib, lakin müştəri tapmadığı üçün onun yaşadığı mənzilə qalxıb. Sonra gətirdiyi məhsulları satmaq üçün bazara aparmaq qərarına gəlib. Binadan çıxıb avtobus dayanacağına tərəf gedərkən ayaqqabısının bağının açıldığını görüb. Ayağını həmin yerdə dayanan "VAZ 2107" markalı ağ maşının arxa təkərinə qoyub bağı bağlayarkən Elvin Vəliyev ona yaxınlaşıb dizi ilə ayağından vuraraq nə səbəbə görə təkəri bulamasını soruşub və ünvanına söyüş söyüb. 

Natiq maşın yiyəsinin təhqir etməsinə dözməyib onun yaxasından tutub. Bu zaman Elvinin yanında olan oğlan ona zərbə endirib və aralarında dava düşüb. Onu döyərək ünvanına söyüşlər söyüblər. Yaxınlıqda dayanan taksi sürücüləri onları ayırıb. Sonra o, Siyəzən şəhərinə qayıdıb. Elvinlə dava etməsini heç kimə deməyib. 

Natiq Camalov bilidrib ki, təxminən 1 ay sonra iş axtarmaq və qisas almaq üçün qardaşının sinif yoldaşı Vüqara zəng edərək qaldığı evdə yerin olub-olmadığını soruşub. Milli Aviyasiya Akademiyasının tələbəsi olan Vüqar ona Binə qəsəbəsində qrup yoldaşları ilə birdə kirayədə qaldıqlarını, yanlarında bir yerin boş olduğunu və 30 manat verib qala biləcəyini deyib. Həmin gün o, Binə qəsəbəsinə gələrək gecəni orada qalıb. 

Dekabrın 1-də Vüqara Sumqayıt şəhərinə gedib bacanağından pul götürəcəyini deyib. Sonuncu razılaşdıqdan sonra ertəsi gün onunla birlikdə Sumqayıta gəliblər. Vüqar avtobusdan düşən kimi siqaret almaq üçün marketə daxil olub. Natiq isə orada taksi fəaliyyəti göstərən Elvinin maşınına yaxınlaşıb. Natiq Elvnin üzündən onu tanımasını hiss edib, lakin hər hansısa şübhə yaratmamaq üçün onunla xoşluqla görüşüb və onları necəyə Siyəzənə aparmasını soruşub. Elvin əvvəl otuz sonra isə iyirmi manata apara biləcəyini deyib. 

Mağazadan çıxıb onlara yaxınlaşan Vüqara Natiq onunla Siyəzənə getməyi təklif edəndə sonuncu dərsi olmadığı üçün razılaşıb. Vüqar qabaq, o isə arxa oturacaqda əyləşib. 

Yolda olan vaxt Elvinə bir neçə dəfə kimlərsə zəng edib. Söhbət əsnasında o, bir azdan gələcəyini deyib. 

Siyəzənin Balaca Həmyə kəndinə gedən yolla körpünün atından keçdikdən sonra Natiq Elvinə maşını aşağı yolla sürməyi deyib. Oradan Qırçal kəndinə gedən torpaq yolla gediblər. 

Bir qədər sonra o, sürücüdən maşını saxlamasını və aşağı düşməsini tələb edib. Natiq maşından düşərək sürücü tərəfdən qapını açıb və Elvinin yaxasından tutub bayıra çıxarıb. Onu zorla maşından aralayaraq çəmənliyə tərəf aparıb. 

Elvin qışqıraraq ona yalvarmağa başlayıb. Natiq əlindəki bıçaqla onu yerə yıxmağa çalışaraq zərbələr endirib. Vəliyev dartınıb əlindən qaçmaq istəyərkən Vüqar badalaq vurub, onu yerə yıxıb. Bundan sonra Natiq Elvinin üzərində oturub dizləri ilə əllərini tutub. Özündə olmadığı üçün zərbələrin sayı dəqiq yadında qalmayıb. Elvinin üç dəfə çənə atdığını görüb onun öldüyünü başa düşüb. 

"Bir-iki dənə qoluna, qabırğasına, belinə bıçaq atdım. Bilmirdim heç harasına dəyir. Təki yıxılsın yerə. Gördüm yıxılmır. Vüqarın üstünə qışqırdım ki, kömək elə bunu yıxaq. Vüqar ayağına badalaq vurdu, yıxdıq yerə. Yıxandan sonra da oturdum sinəsinin üstünə birinci ürəyinə vurdum. Sonra 3-4 dənə sinəsinə vurdum. Əl-qolum qan idi. Ondan sonra artıq bilmədim neçə bıçaq vurmuşam".  

Natiq Camalov ifadəsinin davamında bildirib ki, qaranlıq olduğu üçün Elvinin maşının işə salıb oradan uzaqlaşıblar. Siyəzən şəhərinə gedib anasıgilin yaşadığı evdə əllərini yuyub və bıçağı evdə kanalizasiya borusuna tullayıb. 

Bir gün Xaçmaz rayonunda dostugildə qaldıqdan sonra maşını satmaq üçün səhərisi gün o, Vüqar və dostu Nansur Bakıya gəliblər. "İnşaatçılar" metro stansiyasının yanında Vüqar maşını arxa nömrəsindəki 5 rəqəmini kustar üsulla qaraldıb, 6 eləyib.  "20 yanvar" metro stansiyası istiqamətində hərəkət edərkən yolda onları yol patrul xidməti saxlasa da, Natiq Nansura avtomobili saxlamamağı tapşırıb. Polis maşını onları təqib etdiyi üçün Nansur maşını tanımadığı bir binanın qarşısında döndərib, ara məhəllədə saxlayıb. Onlar salondan düşüb ayrı-ayrı istiqamətlərdə qaçıblar. Sonra zəngləşərək 3-cü mikrorayonda görüşüblər. Çay içəndən sonra Natiqlə Vüqar Binə qəsəbəsinə, Nansur isə Xırdalan şəhərinə gedib. 

Bir neçə gündən sonra iş olub-olmamasını öyrənmək üçün xalası oğlu Şirzada zəng edib. Söhbət əsnasında qohumu ona qonşuları Elvinin öldürüldüyünü və dəfn edildiyini deyib. 

Dekabrın 20-nə qədər Vüqarın kirayə yaşadığı evdə qalıb. Həmin gün "İnşaatçılar" metro stansiyasının yanındakı mağazada özünə məxsus telefonu satıb. Nömrə kartını isə sındırıb atıb. 

Vüqar Bəkirovun ifadəsindən müəyyən olunub ki, o, Natiqlə Elvini öldürməyi əvvəlcədən planlaşdırıb. Onun sözlərinə görə, noyabrın təxminən 27-si ya 28-i Natiq Bakıya gəlib onun kirayə yaşadığı evdə qalıb. Elvini öldürmək təklifini Natiq ona dekabrın 1-də edib, o da razılaşıb. Dekabrın 2-də Vüqar Natiqlə birlikdə Sumqayıta gedərək Natiqin bacanağından 15 manat pul alıb. Sonra onlar birlikdə Elvinin maşınına əyləşib onu Qırçal kəndinə aparıblar. 

Vüqar bildirib ki, ora çatanda Natiq maşını saxlatdırıb sürücü tərəfdən ona yaxınlaşaraq yaxasında tutub bayıra çıxarıb. Elvin yalvarıb ki, onu öldürməsinlər maşını götürüb aparsınlar. Natiqlə Elvin dartışa-dartışa maşından uzaqlaşıblar. Bu zaman Natiq əlindəki bıçaqla ona zərbələr vurub. Vüqar qaçmağa çalışan Elvinə yaxınlaşıb, badalaq vurub, yerə yıxıb. Sonra o, maşına tərəf qayıdıb. 

Vüqar Bəkirovun sözlərinə görə, bu hadisədən sonra onlar Bakıya qayıdıblar. Natiq bir müddət onun yanında yaşayıb. Dekabrın 19-da oxuduğu fakültənin dekanı ona zəng edib, təcili yanına çağırıb. O, təhsil aldığı akademiyaya gedib qapıdan içəri girən kimi mülki qeyimli polis əməkdaşları onu həbs ediblər. 

Məhkəmə Natiq Camalovun Elvin Vəliyevi qisas məqsədi ilə qətlə yetirməsi barədə ifadələrinə tənqidi yanaşıb. Təqsirləndirilən şəxslər Elvin Vəliyevi quldurluq məqsədi ilə qətlə yetiriblər. 

Sonda məhəkəmnin hökmü ilə qrup halında xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinən Natiq Camalov 15, Vüqar Bəkirov isə 14 il müddətinə azadlıqdan məhrum olunublar.

0.01193904876709