Əli Şamxaninin yerinə təyinat oldu - İranda nə baş verir?

Əli Şamxaninin yerinə təyinat oldu - İranda nə baş verir?
 

İran Prezidenti İbrahim Rəisi Ali Təhlükəsizlik Şurasının katibi vəzifəsində istefaya yolladığı Əli Şamxaninin yerinə general Əli Əkbər Əhmədianini təyin edib.

Paralel.az ” “nournews”a sitinadən xəbər verir ki, o, bir fərmanla admiral Əli Şəmxaninin "10 illik səylərini qiymətləndirərək", Əli Əkbər Əhmədianı bu vəzifəyə gətirib.

Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Kirman vilayətində anadan olub və Qasım Süleymaninin silahdaşı olub.

Əhmədianın SEPAH Dəniz Qüvvələrində 15 il xidmət edib. O, dəniz qüvvələrində müavin və komandir olub. Əhmədian 1979-cu ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Birgə Qərargahına rəhbərlik etmək üçün Hərbi Dəniz Qüvvələrini tərk edib.

2006-cı ildən 16 il İslam İnqilabı Keşikçiləri Korpusunun Strateji Mərkəzinin rəhbəri olub. O həm də Ali Rəhbərin sərəncamı ilə Məqsəd Şurasının üzvüdür.

0.029309988021851