Çin ABŞ-dan çip almağa qadağa qoydu

Çin ABŞ-dan çip almağa qadağa qoydu
 

Çində Dövlət Kiberməkan İdarəsi mühüm informasiya infrastrukturunun yerli operatorlarına dünyanın ən böyük təchizatçılarından biri olan ABŞ-ın çip istehsalçısı "Micron Technology"dən məhsul almağı qadağan edib.

Publika.az xəbər verir ki, Çin departamenti şirkətin məhsullarının kibertəhlükəsizliyə təhlükə yaratdığını bildirib.

Bəyanatda deyilir ki, bu çiplərin şəbəkə təhlükəsizliyi ilə bağlı kifayət qədər ciddi potensial problemləri var.

Çində "Micron" çiplərinin yoxlanılması mart ayında başlayıb. Yerli hakimiyyət orqanları hadisələrin adi hal olduğunu bildirib.

0.024578094482422